Gürcüstanda son sutkada koronavirusa 698 yeni yoluxma halı qeydə alınıb, 10 nəfər vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 644 243-ə, ölənlərin sayı isə 16 730-a yüksəlib.

Son bir gündə 1 036, ümumilikdə isə 1 622 432 nəfər müalicə olunaraq sağalıb.