ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya göndərildiyinə görə tükənən ehtiyat silahları artırmaq üçün "Stinger" zenit-raket komplekslərinin və "Javelin" tank əleyhinə raketlərinin istehsalını sürətləndirməyi planlaşdırır.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, hərbi yardım üçün son istək siyahısına əsasən, Ukrayna ABŞ-dan hər gün 500 "Javelin" tank əleyhinə raket və 500 "Stinger" zenit raketi almaq istəyir.

Bildirilib ki, "Stinger"in istehsal xətti Ukraynaya satış sifarişini yerinə yetirmək üçün yenidən işə salınıb.

Pentaqonun məlumatına görə, "Javelin" tank əleyhinə kompleks tam istehsal mərhələsindədir. Bununla belə, Pentaqon hasilatı artırmağa çalışır.

Ağarza Elçinoğlu