"Yuventus"un futbolçusu Manuel Lokatellinin durumuna aydınlıq gətirilib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi 1 ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Lokatelli "İnter"lə qarşılaşmada dizindən zədələnib. O, Lautaro Martineslə toqquşmada xəsarət alıb.