"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

"Unikal"ın məlumatına görə, yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış "İdman TV"də göstərilirdisə, cari mövsümdən heç bir telekanal "Formula 1"i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanallarında nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda "Formula 1"i kabel televiziyasındakı kanallar vasitəsilə də izləmək mümkünsüzləşib.