UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının ev oyunlarını keçirəcəyi stadion bəlli olub.

"Unikal"  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar Qazaxıstanın paytaxtı Nur-Sultandakı "Astana Arena"da oynanılacaq.

Görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan matçı iyunun 3-də olacaq.