Ukrayna və Rusiya Rusiya Federasiyası genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçukun teleqramdakı paylaşımında deyib .

Bildirib ki, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə baş tutub.

"12 əsgərimiz evə qayıdır ki, onlardan biri qadın zabitdir. Biz də 9-u qadın olmaqla 14 mülki şəxsi azad etdik. Ümumilikdə 26 nəfərimiz azad edildi", - o yazıb.