Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

"Unikal" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “Atəş Qalxanı” təliminin nəticələrindən sonra bildirib.

“Biz aviasiyamızı gücləndirəcəyik. Həmçinin pilotsuz təyyarələrin sayını artıracağıq. Mən iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətdə “Bayraktar”ları alamaq istədiyimizi dilə gətirdim”, - deyə Vuçiç bildirib.

Serbiya ordusunun “Atəş qalxanı” təlimləri şənbə günü Pasulyanske-Livade poliqonunda başa çatıb.

Manevrlərdə Quru Qoşunları, Aviasiya və Hava Hücumundan Müdafiə bölmələri, 72-ci xüsusi təyinatlılar briqadası və 63-cü hava-desant briqadası da daxil olmaqla 1000-dən çox hərbçi iştirak edib.