Ölkədə pandemiya ilə bağlı müəyyən yumuşaldılmalar olsa da, hələ də bəzi qəraralar qüvvədəddir. Yoluxmanın azalması, vaksinasiyanın uğurla davam etməsi  bəzi  qadağaların ləğvi məsələsini də  gündəmə gətirir.

"Unikal" "Xəzər TV"yə  istinadən xəbər verir ki, Milli Məclisin səhiyyə komitəsinin üzvü , millət vəkili Müşfiq Məmmədli deyir ki, maska qadağasını eləcə də bir sıra  məhdudiyyətləri  biz rahatlıqla götürə bilərik. Çünki hazırkı vəziyyət  bunu tələb edir.

Son günlər  yoluxma səviyyəsində və aktiv xəstə sayında azalmalar bır sıra məhdudiyyətlərin ləğvinə zəmin  yaradır. M. Məmmədlinin sözlərinə görə ölkəmizdə koronavirusla bağlı atılan ilkin addımlar, vaksinasiya prosesi dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir.

Millət vəkili hesab edir ki, ölkəmizdə epidemioloji prosesin nəzarət altında olması bəzi  qadağaların xüsusilə maskanın ləğvi məsələsini gündəmə gətirir.

Nəticədə epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur deyə millət vəkili vurğulayıb.