Kaliforniyanın Viktorvil şəhərindəki ticarət mərkəzində atışma baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib. 

Hadisə zamanı 9 yaşlı qız yaralanıb. Ticarət mərkəzinin işinin dayandırıldığı, ziyarətçilərin təxliyə edildiyi məlum olub. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir. Polis atəş açan şəxsi axtarır.