Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bir qrupu Xarkov vilayətində Rusiya hərbi texnikasının keçdiyi körpünü partladıb. 

"Unikal" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, əməliyyat nəticəsində Rusiyanın İzyumdakı qruplaşmasını gücləndirmək üçün gələn hərbi karvan məhv edilib.

Qeyd olunub ki, Ukrayna hərbçiləri texnikanın marşrutunu müəyyən etdikdən sonra mühəndis pusqusuna uyğun yer tapıblar: "Bu, düşmən texnikasının keçdiyi yolda körpü idi... Müəyyən yerə partlayıcı yerləşdirdikdən sonra Əlahiddə Ümumqoşun Ordunun operatorları heç nədən şübhələnməyərək ölümə doğru irəliləyən düşməni gözləyirdilər. Rusiya texnikası ilə birlikdə müəyyən bir plana uyğun olaraq, bütün düşmən kolonunu məhv etdi", - Baş Qərargahdan bildirilib. 

Ağarza Elçinoğlu