Kolumbiyada təhlükəsizlik qüvvələrini daşıyan təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, Vanguardia hava limanından havaya qalxan DC-3 tipli təyyarə qəzaya uğraması  nəticəsində 12 polis yaralanıb.

Qəza səbəbiylə hava limanının uçuş-enmə zolağı bir müddət sərnişin axınına bağlanıb.Polis rəisinin müavini Xose Ceyms Roa Kastaneda qəzanın ekspert qrupu tərəfindən araşdırıldığını bildirib.

Səlahiyyətlilər PNC-0257 qeydiyyatlı təyyarənin güclü külək səbəbindən qəzaya uğramış ola biləcəyini qiymətləndirir.