Amerikalı milyarder İlon Mask "Twitter" şəbəkəsinin 100% payını almağa hazırdır. 

"Unikal" xəbər verir ki, bunun üçün o, 43 milyard dollarlıq müqavilə təklif edir.

Maskın "Twitter"in bütün səhmlərini geri almaq üçün bu gün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına müraciət etdiyi bildirilir. O, hər səhm üçün 54,2 dollar təklif edir ki, bu da yanvarın 28-də ticarətin bağlanışında səhmin maksimal qiymətindən 54% çoxdur. Beləliklə, əməliyyatın məbləği təxminən 43 milyard dollar ola bilər.

Ağarza Elçinoğlu