Bu gün Ermənistanda İntizam Komitəsinin iclası keçirilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir  ki, iclasda Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisləri, Baş Polis İdarəsinin rəis müavini, Hüquq şöbəsinin rəis əvəzi və Polis İntizam Komitəsinə daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.

7 polis əməkdaşı barəsində aparılmış xidməti istintaqın materialları və rəyləri öyrənilib. Komissiya faktiki halları təhlil edərək, 7 əməkdaş barəsində “Polisdə xidmətdən xaricetmə” intizam tənbehinin tətbiq edilməsi üçün Baş Polis İdarəsinin rəisinə müraciət edilməsi barədə qərar qəbul edib.

Onların hansı səbəbdən işdən çıxarıldığı məlum deyil.  

Gülayə  Mecid