Xerson vilayətində yüzə yaxın rusiyalı hərbçi mülki paltar geyinərək fərarilik edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Rusiyanın təhlükəsizlik qüvvləri və Milli Qvardiyası bir neçə gündür ki, onları tapmağa çalışır. 

Əsgərlərin sağ qalmaq üçün Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə təslim olduqlarına dair şübhələr var.

Bölgədəki rus əsgərlərinin vəziyyətinin son dərəcə ağır olduğu qeyd edilir. Onlar ruhdan düşüblər və nə üçün mübarizə apardıqlarını anlamırlar.

Ağarza Elçinoğlu