Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın "Su-27" döyüş təyyarəsini və 8 ədəd pilotsuz uçuş aparatını vurub.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib. 

"Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-27" qırıcısı Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında havada vurulub", - Konaşenkov bildirib.

O əlavə edib ki, səkkiz Ukrayna pilotsuz təyyarəsi İzyum, Levkovka, Novaya Həştərxan, Novaya Kuban, Şastlivoye, Çernobayevka və Çernovı Sokol rayonlarında vurulub.

Ağarza Elçinoğlu