Rusiyanın İrkutsk vilayətinin Usolski rayonunda 9 ədəd bağ evi yanır. 

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, ölən və yaralanan yoxdur.

Artıq Daça kəndi adlı istirahət şəhərciyinin tamamilə yandığı bildirilir. 

Yanğının meşəyə keçmə təhlükəsi var.

Qeyd olunub ki, güclü külək və kənddəki sıx tikililər yanğının söndürülməsini çətinləşdirir.

Ağarza Elçinoğlu