"ABŞ prezidenti Co Bayden silahlı qüvvələrin baş komandanıdır və nüvə raketlərinin buraxılması üçün son imza hüququna malikdir. O, bununla bağlı əmrlər verə bilər".

"Unikal" xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Marat Bəşirov ABŞ liderinin bugünkü qəribə hərəkətini şərh edərkən bildirib. 

Ekspert hesab edir ki, bu baxımdan onun (Bayden - red.) davranışı mümkün təhlükədən xəbər verə bilər. O, bildirmək istəyib ki, nüvə silahı atılarsa, əl sıxmağa kimsə qalmayacaq: "ABŞ prezidenti Co Bayden Şimali Karolina ştatının Qrinsboro şəhərində çıxışı zamanı çaşıb və əl sıxmaq üçün əlini boş yerə uzadıb. Çıxışını "Allah hamınıza rəhmət eləsin" ifadəsi ilə bitirdikdən sonra, amerikalı lider yaxınlıqdakı boşluğa nəsə demək üçün çevrilib və boşluqla əl sıxışıb. Sonra Bayden çaşqınlıqla səhnəyə baxmağa başladı və izdihamlı zalda məqsədsiz şəkildə dolaşmağa başladı. Prezidentin çıxışını bitirmək üçün musiqi səslənərkən o, tamaşaçılara arxa çevirib".

Qeyd edək ki, bu, ABŞ-da Co Baydenin reytinqinin aşağı düşməsi fonunda baş verib.

Ağarza Elçinoğlu