Pentaqon Ukrayna hərbçilərinə yeni silahlardan istifadə qaydaları ilə bağlı təlim keçəcək.

"Unikal" lenta.ru-ya istinadən xəbər verir ki,  təlim bir neçə gün davam edəcək. Bu müddət ərzində Ukrayna əsgərləri 155 mm-lik haubitsa topları, artilleriya əleyhinə radarlar və “Sentinel” hava hücumundan müdafiə (HHM) radarlarından istifadənin əsaslarını mənimsəyəcəklər.