Rusiyanın Ukraynaya təcavüzü 52-ci günündə davam edərkən, Rusiyanın ağır bombardmanlarına məruz qalan Mariupolda vəziyyət günü-gündən pisləşir.

"Unikal" xarici  KİV-ə  istinadən xəbər verir ki, şəhər merinin müşaviri Petro Andryuşenko iddia edib ki, rus qoşunları Mariupolun giriş-çıxışını bağlayıb. 

Onun sözlərinə görə, rus qoşunları Mariupolda qalan ukraynalıları öz ölkələri uğrunda döyüşməyə məcbur edəcək:

"Rusiya qüvvələri şəhər sakinlərinin hələ də onlar üçün faydalı ola biləcəyini müəyyən etmək üçün filtrasiya düşərgələri və nəzarət-buraxılış məntəqələri yaradıblar".   

Bildirək ki, Ukraynanın cənub-şərqində Azov dənizi sahilində yerləşən Mariupolda son yeddi həftə ərzində müharibənin ən şiddətli döyüşləri baş verib. Rusiyanın işğalından əvvəl 400.000 insanın yaşadığı şəhər rus bombardmanları nəticəsində virana qalıb.