Ukrayna G7 ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib. Bu, növbəti altı ay ərzində müharibə ilə bağlı büdcə kəsirini ödəməyə kömək etməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.
Bundan əlavə, o bildirib ki, Ukrayna da sıfır kuponlu istiqrazlar buraxmağı düşünür.

Ustenko bildirib ki, bu variantlar fəal şəkildə müzakirə olunur.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya dəstək məqsədilə vəsaitlərin kreditləşdirilməsi üçün xüsusi inzibati hesab yaratmaq qərarına gəlib. Hesaba daxil ediləcək pullar, ilk növbədə, Ukrayna iqtisadiyyatının sabitləşməsi üçün tədiyə balansının və dövlət büdcəsinin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.