İranda ötən sutka ərzində 29 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 829 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1361 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7206959 nəfərə çatıb.