Türkiyə Prezidenti ölkənin 8-ci dövlət başçısı Turqut Özalı yad etdi

"Unikal" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 8-ci dövlət başçısı Turqut Özalın vəfatının 29-cu ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.

“Ölkəmizin inkişafında və onun gələcəyini formalaşdıran addımlarda qabaqcıl rol oynayan, çalışqanlığı, duruşu və şəxsiyyəti ilə millətimizin həyatında sarsılmaz bir yerə sahib olan 8-ci prezidentimiz mərhum Turqut Özalın xatirəsini rəhmətlə anıram”, - Ərdoğan paylaşımında qeyd edib.