Rusiyada COVID-19-a yoluxma səviyyəsi həftə ərzində 20,4 faiz azalıb.

"Unikal" Operativ Qərargaha istinadən xəbər verir ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 20,4 % azalıb.

“Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 51,95 olub və əvvəlki həftə ilə müqayisədə 20,4 faiz azalıb”- məlumatda bildirilib.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 9434 nəfər yoluxub, 213 nəfər isə bu virusdan ölüb.