Mariupolda işğalçılar "Azovstal" zavodunu bombalayır, Sol Sahil rayonunun yaşayış sahəsini artilleriya və tanklardan atəşə tutur.

"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat yayıb. 

Andryuşenkonun sözlərinə görə, ruslar evlərindən əşyaları götürmək üçün mülki şəxslərin əraziyə  girişinə  icazə veriblər. Daha sonra isə  onları atəşə tutublar. 

Bununla yanaşı, bu gün səhər saatlarında qondarma DNR-nin xalq milislərinin nümayəndəsi Eduard Basurin Rusiyanın “Rossiya 24” təbliğat telekanalının efirində "Azovstal"a hücumun başladığını elan edib.

Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova mətbuata açıqlamasında  "Azovstal” zavodunda minə yaxın yerli sakinin Rusiyanın atəşindən gizləndiyini  bildirib.

Mariupol patrul polisinin rəhbəri Mixaylo Verşin "Azovstal" zavodunun ərazisində çoxlu sayda mülki şəxs, o cümlədən qadınlar və uşaqların gizləndiyinİ  təsdiqləyib.  

Gülayə Mecid