Fransada prezident seçkilərinin ikinci turunda seçicilərin sayı günorta saatlarına kimi 25 faizi ötüb.

"Unikal" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 

Paris vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçicilərin 26,41 faizi səsvermədə iştirak edib.

Qeyd olunub ki, bu, əvvəlki üç seçki kampaniyası dövründəkindən aşağıdır.

Onu da deyək ki, aprelin 10-da seçkilərin birinci turu keçirilib, orada 12 namizəd iştirak edib. Səslərin əksəriyyətini, 2017-ci ildə olduğu kimi, hazırkı prezident Emmanuel Makron (27,84 faiz) və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen (23,15 faiz) qazanıb.

Ağarza Elçinoğlu