Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

Qeyd olunub ki, dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb.

Aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki "S-400" zenit-raket kompleksi və "İsgəndər" raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.