Ukrayna mərmisi Rusiyanın Belqorod vilayətinin Otradnoye kəndinə düşüb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayəti administrasiyasının rəhbəri Vladimir Pertsev bildirib.

"Hörmətli Belqorod vilayətinin sakinləri! Mən sizə Otradnoye kəndində baş vermiş hadisə barədə məlumat verirəm. Təəssüf ki, həqiqətən də Ukraynadan mərmi gəldi, amma bəzi KİV-lərin yazdığı kimi qəbiristanlığa deyil, boş əraziyə. Altı deyil, bir mərmi idi, çünki bu, etibarsız mənbələrdə təqdim olunur", Pertsev "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, "binalara heç bir ziyan dəyməyib, zərərçəkən yoxdur".