Fransada prezident seçkilərinin ikinci turuna hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu "exit-poll" məlumatları təsdiq edir.

Məlumata görə, Makron səslərin 58 faizini toplaya bilib.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Bundan əvvəl Fransada seçici fəallığının 63,23% olduğu barədə məlumat yayılıb.