Müharibənin iki ayı ərzində Ukraynanın Rusiya təcavüzü səbəbindən itkiləri artıq 1 trilyon dollara yaxın olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.

"Müharibənin ilk həftəsi olanda itkilərimiz hardasa 100 milyard dollar səviyyəsində idi... Aktivlərimizdə rus işğalçıları tərəfindən məhv edilən budur. Aydındır ki, bu rəqəm sözün əsl mənasında hər gün artıb. Mən hesab edərdim ki, indi bu, təxminən bir trilyon dollardır. Məhz bu rəqəmə diqqət yetirməliyik, bu rəqəm bizim qələbəmizdən dərhal sonra Rusiya Federasiyası tərəfindən kompensasiya edilməlidir", - Ustenko bildirib.

Ağarza Elçinoğlu