Manisanın Alaşehir bölgəsində meşə yanğını baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında baş verən yanğın 2 saat ərzində nəzarətə götürülüb. 

Məlumata görə, soyutma prosesinin aparıldığı bölgədə təxminən 4 hektar meşə sahəsinin zədələndiyi müəyyən edilib.

Aynurə Xudaverdiyeva