Polşanın cənubundakı “Zofyuvka” mədənində güclü yeraltı təkan baş verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə "Jastszemba Coal Company" şirkətinin məlumatında 4 şaxtaçının həlak olsuğu bildirilib. 

Xilasedicilər 6 nəfərin axtarışlarını davam etdirirlər.

"Təhlükəli ərazidə vəziyyət ağırdır. Metan konsentrasiyasının yüksək olması, yüksək temperatur xilasetmə işlərinin intensivliyini azaldır", - şirkətdən bildirilib.

Bundan əvvəl aprelin 20-də Polşanın cənub-qərbindəki "Pniewek" kömür mədənində güclü metan partlayışı baş verib. Nəticədə biri xilasedici olmaqla 5 nəfər həlak olub. 20-yə yaxın mədənçi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.