Fransanın Renn şəhərində etirazçılar Fransada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra şəhərin mərkəzində barrikadalar qurublar. 

"Unikal"ın "France Bleu" radiosuna istinadən verdiyi məlumata görə, etirazlarda təxminən 250 nəfər iştirak edir.

Yayımlanan fotolarda zibil qutularının yandırıldığı əks olunub. Polislə etirazçılar arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda nümayişçilərdən birini saxlayıblar.

Ağarza Elçinoğlu