Rusiyanın Bryansk bölgəsində neft bazasının ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin saytı xəbər verir.

"Yanğının həcminə uyğun olaraq çağırış yerinə yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib. Hadisə yerinə gələn zaman neft bazasının ərazisində yanğın olduğu müəyyən edilib", - məlumatda deyilir.

Hadisənin Fokinski rayonunun Moskovski prospektində baş verdiyi bildirilir.

Aynurə Xudaverdiyeva