Pasxa bayramında  ruslar Luqansk vilayətində yeddi evi dağıdıblar .

"Unikal" xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz "Telegram" kanalında məlumat verib .

"Bazar günü bütün bölgə ruslar tərəfindən güclü atəşə tutulub. Üç hündürmərtəbəli bina və dörd fərdi yaşayış evi yanıb",- deyə post yazıb.

OVA rəhbəri qeyd edib ki, Lisiçansk, Severodonetsk, Rubijnoye, Qornoye ən çox zərər çəkən ərazilərdir.

yalan

"Lisiçanskda iki hündürmərtəbəli bina və ən azı iki fərdi ev, Severodonetskdə hündürmərtəbəli bina və yaxınlıqdakı yardımçı tikililər, Rubijne və Qornıda evlər zədələnib".

Onun sözlərinə görə, düşmən atəşi nəticəsində yük maşınları da daxil olmaqla bir neçə avtomobil qəzaya düşüb və alovlanıb.

yalan

Qaydai həmçinin bildirib ki, ruslar artıq üçüncü dəfə Lisiçanskdakı neft emalı zavoduna daxil olublar, fəsadlar barədə məlumat yoxlanılır.

Aynurə Xudaverdiyeva