Rusiya hərbçiləri Ukraynaya genişmiqyaslı işğalın başlamasından bu yana 215 uşağı öldürüb, 391 nəfəri yaralayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat yayıb. 

"25 aprel 2022-ci il saat 8-ə olan məlumata görə, Rusiyanın işğalçı hücumu nəticəsində 215 uşaq ölüb, 391 uşaq yaralanıb", - Denisova bildirib.

O qeyd edib ki, Rusiya qoşunlarının Ukrayna şəhərlərində aktiv döyüş əməliyyatları aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün olmayıb.

Gülayə Mecid