“Twitter“ şirkəti İlon Maskala 44 milyard dollar dəyərində sövdələşməyə razılaşıb.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, müqavilə Maskın keçən həftə şirkəti əldə etmək üçün 46,5 milyard dollar maliyyə vəsaiti ayırdığı açıqlamasından sonra baş verib.
“Twitter“ idarə heyəti Maskın təklifini qiymətləndirmək üçün toplaşdı.

“Ümid edirəm ki, mənim ən pis tənqidçilərim belə "Twitter"-də qalacaq, çünki bu, azad söz deməkdir”,- deyə Mask bildirib.