"IC Univer Capital"ın Kapital Bazarı Departamentinin direktoru Artem Tuzov Rusiya daxilində avronun çökdüyünü bəyan edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Prime" agentliyi məlumat dərc edib. 

İqtisadçı bildirib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra avroya tələbat kəskin şəkildə azalıb. Eyni zamanda, ixracatçılardan gələn təklif yüksək səviyyədə qalır. Bu, Avropa valyutasının rubla nisbətdə daim zəifləməsinə gətirib çıxarır: "Qlobal miqyasda baxsanız, avronun çöküşü ancaq avrozonanın dağılması ilə mümkündür. Aİ-də inflyasiyanın yüksəlməsi ölkələri milli valyutalara qayıtmağa məcbur edərsə, bu mümkündür. Belə bir proses tez baş verə bilməz, çünki avrozonanın üstünlükləri onun iştirakçılarının əksəriyyətinə aydındır".