Polşa Ukraynaya 232 ədəd T-72M1 tankı, zenit-raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri və özüyeriyən haubitsalar verib.

"Unikal" xəbər verir ki, bu barədə Vişeqrad qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) "visegrad24" informasiya resursunda qeyd olunub.

"Polşanın 232 T-72L1 tankını təhvil vermək qərarı o deməkdir ki, Polşa Ukraynaya ən çox hərbi yardım göstərən dövlət kimi ABŞ-dan sonra ikinci yerdədir", - "visegrad24" yazıb.

Bu məlumatı dolayısı ilə Polşa Baş Naziri Aparatının rəhbəri Mişal Dvorçik öz "Twitter" hesabında "visegrad24"ün mesajını paylaşaraq təsdiqləyib.

Ağarza Elçinoğlu