Gürcüstanda ötən sutkada koronavirusa 51 yeni yoluxma halı qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, daha 1 nəfər isə koronavirusdan vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 221 nəfər yoluxub. Onların 1 637 293-ü sağalıb, 16 811-i isə ölüb.