Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-6-da ABŞ-a səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken, USAİD-in direktoru Samanta Pauer, ABŞ prezidentinin xüsusi köməkçisi Amanda Sloat və digərləri ilə danışıqlar aparacaq.