Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə sığınan qaçqınların sayı 5,5 milyon nəfəri ötüb.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb.

Mayın 1-nə olan məlumata görə, Ukraynanı 5 milyon 539 min 184 nəfər tərk edib. Son iki sutka ərzində qonşu ölkələrin sərhədlərini keçən ukraynalıların sayı 70 min 555 nəfərə çatıb.