Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb.