Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya prezidenti Vladimir Putinlə görüşə "Nike" corabında idman ayaqqabısı ilə gəlib.

"Unikal" xəbər verir ki, Əl Nahyan 2019-cu ildə də Əbu-Dabidə Putinlə görüşdə idman ayaqqabıları ilə iştirak edib.

Xatırladaq ki, BƏƏ Prezidenti bu gün Rusiyaya səfər edib. O, Sankt-Peterburqda Putinlə ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti müzakirə edib.