BMT baş katibinin müavini Martin Qriffits və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan taxıl sazişi üzrə danışıqlar aparmaq üçün oktyabrın 16-da Rusiyaya səfər edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib .

“Grinspan və Griffiths-ə gəlincə, onların bazar günü Moskvaya gedəcəyi gözlənilir” dedi.

Bundan əvvəl Düjarrik bildirib ki, Ukrayna Qara dəniz vasitəsilə taxıl ixracına dair müqavilənin uzadılmasında maraqlıdır.

BMT nümayəndəsi vurğulayıb ki, sazişin uzadılması təşkilatın baş katibi üçün prioritet məsələdir. O, həmçinin əldə olunan razılaşmaların effektivliyini və onların dünya ərzaq qiymətlərinə təsirini diqqətə çatdırıb.

İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

Gültəkin Ələsgər