Rusiya prezidenti Vladimir Putin general Sergey Surovikini ad günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Oktyabrın 11-də Ukraynada xüsusi hərbi əməliyyat bölgəsindəki birləşmiş qoşunlar qrupunun komandiri təyin olunan generalın 56 yaşı tamam oldu. 

Qeyd edək ki, Surovikin bu ilin avqustunda prezident Vladimir Putinin fərmanı ilə general rütbəsi alıb. 

Ağarza Elçinoğlu