İranın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu Simnan-Damğan avtomobil yolunda körpüdən aşıb. 

Hadisə nəticəsində yaralanan 49 nəfər xəstəxanalara çatdırılıb. Qəza zamanı ölən olmayıb.