Türkiyənin Gebze bölgəsindəki təkrar emal müəssisəsində qətl hadisəsi baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zavodun sahibi Servet Temurtaş Türkmənistan əsilli işçini işdən çıxarıb. O, səhər saatlarında iş yerinə gələrək keçmiş müdirinə silahlı hücum edib. Temurtaş çox sayda güllə yarası ilə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Bundan sonra cinayəti törədən şəxs jandarm qüvvələrinin araşdırması nəticəsində gizləndiyi binanın damında yaxalanıb. Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu