BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ukrayna böhranından zərər çəkmiş ukraynalı mülki şəxslərə əlavə 100 milyon dollarlıq humanitar yardımın göstərilməsinə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə WAM dövlət xəbər agentliyi məlumat yayıb. 

Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri Reem bint Ebrahim Al-Hashimi vurğulayıb ki, əlavə yardım Şeyx Məhəmmədin müharibə və münaqişə zamanlarında həmrəyliyin vacibliyinə olan inamından, habelə BƏƏ-nin humanitar təsirini yumşaltmaq üçün davam edən səylərindən qaynaqlanır.

Gültəkin