Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. 

"Unikal" xəbər verir ki, R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib. 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qeyd edək ki, bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.

*** 11:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfər edəcək.

"Unikal" xəbər verir ki, Ərdoğanın təyyarəsi Azərbaycana getmək üçün Esenboğa hava limanından yola düşüb.

Gülayə Mecid