Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri və ölkənin Mühafizəkarlar Partiyasının lideri Liz Trass istefa verib. 

"Unikal" xəbər verir ki, Trass Britaniyanın Baş naziri vəzifəsindən istefa verdiyini təsdiqləyib. 

Bu barədə Böyük Britaniya hökumətinin başçısı məlumat yayıb.

Qərar barədə məlumat verən Trass, Mühafizəkarlar Partiyası tərəfindən seçildiyi Baş nazir kimi ona həvalə edilmiş mandat vəzifələrinin öhdəsindən gəlmədiyini etiraf edib.

"Ona görə də mən Əlahəzrət Kral (III Çarlz) ilə əlaqə saxladım ki, ona Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyimi bildirmək üçün müraciət etdim", - Trass açıqlayıb. 

xxx

16:37

Britaniyanın Baş naziri Liz Trass istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Qeyd edək ki, Trass cari ilin sentyabrın 6-da Mühafizəkarlar Partiyasının liderlik yarışmasında Rişi Sunakı məğlub edərək, Balmoral sarayında mərhum kraliça ilə görüşdükdən sonra Boris Consonun yerinə baş nazir olub. 

BBC-nin məlumatına görə, Baş nazir istefa verməsi ilə bağlı "10 Downing Street" qarşısında açıqlama verib. O, "hər şey bitdi", - deyə bildirib. 

Qeyd edək ki, Liz Trass Baş nazir postunda cəmi 45 gün qaldı.

Ağarza Elçinoğlu